Məzmuna keç

Millət şərqisi (Tofiq Fikrət)

Vikimənbə saytından
Millət şərqisi (Tofiq Fikrət)
Müəllif: Tofiq Fikrət
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Çeynəndi yetər, varlığımız cehl ilə qəhrə
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün bulmalıyız dərdinə çarə
Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz.
Millət yoludur, haqq yoludur tutduğumuz yol;
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!

Gəl qardaşım, annən sənə möhtac, ona qoşmaq…
Qoşmaq ona, qurtarmaq o bibəxti vəzifən.
Qarşında köksü, bağrı açıq, ölgün yatıyor, bax
Onsuz yaşamaqdansa, bərabər ölüm əhvən!
Hər an o gözəl sinəni xəncərləyir əllər
İmdadına qoşmazsaq əgər məhvi mükərrər.

Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!

Vaxtilə baban kimsəyə minnətmi edərdi?
Yox, qalmadı haşa sənə zillət pədərindən.
Dünyada şərəfdir yaşadan, milləti, fərdi
Silkin, bu məzəllət tozu uçsun üzərindən.
İnsanlığı pamal edən alçaqlığı yıx, əz
Billah, yaşamaq yerdə sürüklənməyə dəyməz.

Haqsızlığın ənvahını gördük… bumu qanun?
Ən qəmli səfalətlərə düşdük… bumu dövlət?
Dövlətsə də, qanunsa da, artıq yetər olsun;
Artıq yetər olsun bu dəni zülmü cəhalət…
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!