Millətinin halı pərişan ola

Vikimənbə saytından
Millətinin halı pərişan ola
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Millətinin halı pərİşan ola,
Hor bir işi nifrətə şayan ola,
Cahil ola, vəhşi və nadan ola,
Qəm yeme, sabr et, bu da, yahu, keçər.

Daireyi-əqlü ədəbdən konar
Əmri müsəiman edə daİm şüar,
Olmaya bİr kimsədə namusü ar,
Qəm yeme, tab et, bu da, yahu, keçər.

Her işimiz mesxərəli, gülməli
Olsa bizim, pozma kefin, ay dəli,
Hər neİəsə Kəlb Cəfər, Kəlb ƏIi,
Qəm yemə, tab et, bu da, yahu, keçer.

Vaizimiz söyləyə menberdə gər
Beri-ələm, möcüzi-şəqqülqəmər,
Zəfəri-çindən sənə versə xəbər,
Sakitü lal ol, bu da, yahu, keçər.

Mersiyəxan gündə çıxa mənbərə,
Xalqı soya, düşməyə esla yerə,
Tab elə, döz böylə yaman günlərə,
İncime, səbr et, bu da, yahu, keçər.

Oğru, əcamir doluşa məscidə,
Zəng vura, toy çala, şaxsey gedə,
Baş-qulağın qanına qəltan edo,
Dinmə, danışma, bu da, yahu, keçər.

Tüstü basa məscidi, külxan ola,
Tab eləmək xarici-İmkan ola,
Mərsiyemiz kizb ola, bohtan oia,
İncimə, qatdaş, bu da, yahu, keçər.

Çakər' ola mərsiyəxani-səhih,
Qovii qələt, feli təmamən qəbih,
Vedeyİ-cənnət verə xəlqə sərih,
Dinmə, damşma, bu da, yahu, keçer,

Bəzzazımız başe çala zerbəti,
Kendinə tərğib elİyə milləti,
Əmri-səvab ədd edo bu bidəti,
Qem yemə, səbr et, bu da, yahu, keçer.

Məscidinə oğru girə aşİkar,
Sirqət edə çəkmə, qaloş, her nə var,
Payi-bürəhnə qalasan zinhar,
Dinmə, danışma, bu da, yahu, keçər.

  • "Molla Nəsrəddin", 18 yanvar 1911, N 3