Milli marş (Üzeyir Hacıbəyov)
Görünüş
Milli marş (1917) Müəllif: Üzeyir Hacıbəyov |
Vurulur meydanda sinci-dəf,
Vurulur meydanda sinci-dəf,
Düzülür əsgərlər səfbəsəf,
Yeriyir şövqlə düşmənə tərəf. (2)
Giriniz meydana sanki şir
Əlinizdə şəmşir ilə tir.
Dilinizdə olsun bu zikr:
Ya Allah, ya Allah,
Ya Allah, mədətə yet! (2)
Hüvə-kəbir!
Çingizləri, Teymurları,
Gəl yada sal ol ərləri
Kim, ol zaman türk hökmran
Türkə müti nəfsi-cahan
Gör nə ləzzət (2)
Çəkdi bu millət.