Minayə qızım

Vikimənbə saytından
Jump to navigation Jump to search
Minayə qızım
Müəllif: İsoy Qurbanov

Bəxt gülər üzümə, üzün görərəm,
Hörərəm saçını Minayə qızım.
Sən mənim sevgilim, mənim qəşəngim.
Vermərəm hüsnünü min aya, qızım!

Bəlkə İlahidən xoş xəbər aldım,
Yolumu bir daha Vətənə saldım.
Bəlkə dava bitdi, salamat qaldım.
Yetişdik elə bir gün, aya, qızım!

İsoyun üstünə Tanrı nur saçar,
Başından bu qəza, qovxa-qal qaçar.
Qapını bağlayan, bir gün də açar,
Düşməyin siz çox da ax-vaya, qızım!

Mənbə[redaktə]