Mintənə

Vikimənbə saytından
Mintənə
Müəllif: Şair Aydın
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

(Sarı don geyinmiş bir qız – mintənə)

Bahar vaxtı, yaz vədəsi
Geyinib sarı mintənə.
Yəqin bil ki, əmən ölməz,
Qoynunda narı, mintənə.

Qomrovluca quş kimisən,
Broflu gümüş kimisən.
Təzə yetişmiş kimisən,
Gilas nübarı, mintənə.

Hərnə oldu, mənə oldu,
Saraldı, irəngim soldu.
Aydını aranda qoydu
Biiman qarı, mintənə.