Məzmuna keç

Mirzə Abdulla (Sur) Məmmədzadə

Vikimənbə saytından
Mirzə Abdulla (Sur) Məmmədzadə (1912)
Müəllif: Əhməd Cavad
...Gənc və nəcib şairimiz Cavad Əfəndi, həzin və ahəngdar bir tövr ilə yazmış olduğu gözəl və yanıqlı şerini söyləməyə başladı:
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Ey qardaşlar! Bir zamanlar elmisizlik dumanı,
Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı.
O zəhərli havalardan gül yanaqlar solmuşdu,
O gün xain, pis əllərdən Vətən xarab olmuşdu!
Göylər bizə işıq deyil, yıldırımlar saçırdı,
Günəş, yağmur, sular bizdən uzaq qaçırdı.
Allah belə qəbul etməz oldu bizim qurbanı,
Bizi o gün boğuyordu azğınlığın tufanı;
Quran nədir? Anlamazdıq.
Vətən nədir? Bilməzdik.
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.
Bu Vətənin bunu görən südü təmiz övladı,
Bir qaç kişi o gün bizim qara günü anladı!
Ağladılar, sızladılar, yalvardılar Allaha,
Ulu haqqın rəhmi gəldi könlü qırıq onlara!
O gün bizim dağlarımız bir az güldü şehleşdi,
Bacanqlı bir qaç qollar zülmətlərlə əlləşdi!
Ey qardaşlar! Yurdumuza Günəş yeni doğmuşdu,
Bir azacıq - demək olar - dostlar deyən olmuşdu!..
Ancaq dünən başımıza kölgə salan bir bulud, Önümüzdə!..
Haqqın varsa, ey daş ürək, gel unut!.. Yox, yox...
Sizin məzarınız qəlbimizin en dərin
Bir yerində saxlanmışdır, o pak ruhun için!
Bütün dünya alt-üst olsa, mən ki, səni unutmam,
Ay qardaşlar! “Amin!” deyin, Allah bunu əfv etsin!
Gəncə, "İqbal”, 1912, 17 may