Mirzə Həsən Vəzirova
Mirzə Həsən Vəzirova Müəllif: Məhəmməd bəy Aşiq |
Mirzə Həsən Vəzirova |
Əla, еy həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz,
Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz.
Dеyildim layiqi-bəzmi-vüsal, еy məh, hüzurunda,
Bu gündən böylə əğyar еyləsin söhbət, xudahafiz.
Səri-kuyində naləmdən rəqibim canə yеtmişdi,
Gəzər rahət, vəli çəkməz dəxi zəhmət, xudahafiz.
Qiyamət olmasa çəkməzdim əl canan vüsalından,
Məni məhrum еdən əğyarə yüz lənət, xudahafiz.
Qaçan zar ağlasam, ya еyləsəm yadi-vətən sənsiz,
Nə məndə səbr var, nə səndə var mürvət, xudahafiz.
Gərək tərki-diyar еtmək bu dəm, еy rəhmsiz, guya
Nə məndə səbr var, nə səndə var mürvət, xudahafiz.