Məzmuna keç

Mirzə Həsən ilə Aşıq Pərinin deyişməsi

Vikimənbə saytından
Mirzə Həsən ilə Aşıq Pərinin deyişməsi
Müəllif: Mirzə Həsən — Aşıq Pəri

Mirzə Həsən:
Qönçə lətafətli, lalə üzlüsən,
Məstanə baxışın, xumar gözlüsən,
Şirin hərəkətli, şəkər sözlüsən,
Yoxdur yer üzündə misalın sənin.

Aşıq Pəri:
Dad eylərəm: haray naşı əlindən,
Yandı cigər eşq atəşi əlindən,
Mən nə deyim gözüm yaşı əlindən,
Üzüşür sonalar, göllər oynaşır.

Mirzə Həsən:
Etdikcə vəsfini Mirzə mükərrər,
Təzələnib ruhum olur müəttər,
Gülüstanda zülfün kimi müənbər,
Nə süsənlər, nə sünbüllər oynaşır.

Aşıq Pəri:
Adam var dolanır məkrin içində,
Adam var dolanır zikrin içində,
Sənin kamalın da içində,
Əcayib, qərayib hallar oynaşır.