Mirzə Həsən naxoş olan vaxt Aşıq Pərinin ona yazdığı şeir
Görünüş
Sənin Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Nə yatıbsan lihaf-bəstər içində,
Bimarmısan, nədir bəs halın sənin?
Eşqin mərizinə mən də təbibəm,
Bəyan eylə mənə əhvalın sənin.
İsmi-şərifiniz dadə yetişsin,
Mətləb alıb, hər muradə yetişsin,
Şahlar mahı özü dadə yetişsin,
Hifzində saxlasın zavalın sənin.
Barilahim gülzarına qıymasın,
Xəstə düşüb bimarına qıymasın,
Şirin-şirin güftarına qıymasın,
Bağışlasın qaşı-hilalın sənin.
Bir məsəldir, bağban olan bar çəkər,
Əndəlibin həm meyli gülzar çəkər,
Allahına bəndə ahü-zar çəkər,
Qəm çəkmə, kamildir kamalın sənin.
Mən Pəriyəm, eşqə zarəm, neyləyim?
Dərdi-dildən xəbərdaram, neyləyim?
Burdan oraya ki, varam, nevləvim?
Şəfalansın nuri-vüsalın sənin.