Mirzə Həsənin Aşiq Pəri Maralyazniyə yazdığı qoşma
Mirzə Həsənin Aşiq Pəri Maralyazniyə yazdığı qoşma Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Lalə yanağında badi-səbadən,
Ucu tər cıqqalı tellər oynaşır.
Süzgün baxışından xumar gözlərin,
Hiylələr, fitnələr, fe’llər oynaşır.
Cəm olubdur hüsnün, bu vəcahətin,
Yetməsin zavala çeşmi-afətin,
Yayma bir zaman sərv qamətin,
Gözüm içrə qanlar, sellər oynaşır.
Son beytlərin ikinci misralan orijinalda da təkrar olunur.
Bu bənd təzkirənin çap nüsxəsində yoxdur.
Boyun yaraşıqda qiyamət eylər,
Ağ məmə köynəyə zərafət eylər,
İşvəni, qəmzəni bu babət eylər,
Kəmər ilə nazik bellər oynaşır.
Mum tək incəlmişəm incə belindən,
Sövdaya düşmüşəm siyah telindən,
Titrədikcə zülfün əsər yelindən,
Sanasan gülşəndə güllər oynaşır.
Etdikcə zülfünü Mirzə mükərrər,
Tazələnir ruhu, olur müəttər,
Gülüstanda zülfün kimi müənbər,
Nə süsənlər, nə sünbüllər oynaşır.