Mirzə Həsənin Məhəmməd bəyə cavabı
Görünüş
Mirzə Həsənin Məhəmməd bəyə cavabı Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Yetişdi, Aşiqa, əş’ari-mövzunun bu rüsvaya,
Hümayi-bəxt saldı başıma guya mənim sayə.
Bu nə əyyami-piridir, yenə nə küştigiridir,
Burax bu şüğli, ey piran, mənim tək bari bümayə.
Dolaşma şana tək sən çox o geysuyi-pərişanə,
İlişsə payinə bir tük, gedər başın bu sövdaya.
Bükülmüş qəddilə ol sərv baş qoymaz kənarinə,
Xədəngi-cansitan müşkül girər bövlə pozuq yaya.
Gərək dərd əhli dərdin əhli-dərdə eyləsin hali,
Giriharəm sənin tək mən də bir sərvi-dilaravə.
Məgər məşuqun aşiq qaşını oxşadı, ey Aşiq,
Yeni ayə və ya yaya, əgər göydən yensə ayə?
Bir ay üzlü, qəra gözlü, şəkər sözlü, sözü duzlu,
Beh incə, ağız qönçə, ləbi şəhdi-müsəffayə?!