Mirzə Həsənin aşıq Pəriyə cavabı
Görünüş
Mirzə Həsənin aşıq Pəriyə cavabı Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Bu qəm bəstərində, möhnət içində,
Daima fikrimdir xəyalın sənin.
Dərmansız dərdimə bulunmaz çarə,
Müyəssər olmasa vüsalın sənin.
Qönçə lətafətli, lalə üzlüsən,
Məstanə baxışlı, xumar gözlüsən,
Şirin hərəkətli, şəkər sözlüsən,
Yer üzündə yoxdur misalın sənin.
Könül adət ahü-zarə elənir,
Eşq sirri aşikara elənir,
Ruzigarım, qoyma, qara elənir,
O zülfün, o xətin, o xalın sənin.
İltifat eyləyib, alıb canımı,
Odlara salıbsan din, imanımı,
Yəqin bil, ölürəm, şəbistanımı,
Münəwər etməsə cəmalın sənin.