Məzmuna keç

Mirzəcanın qoşması

Vikimənbə saytından
Mirzəcanın qoşması
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Girdabi-möhnətdə qərq olan canım,

Ya Rəb, ola bir kənarə yetərmi?

Bu seyli-bəladən, tufani-qəmdən,

Xilas olub, o dildarə yetərmi?


Qəm ləşgəri mənə olub həvalə,

İstəyir qürbətdə canımı alə,

Çəkdiyim əfqanlar, etdiyim nalə,

Bu diyardan o diyarə yetərmi?


Çünki belə hicran düşmüş arayə,

Kim var ki, yetişsin bunda hərayə?

Ümid yox qasidə, badi-səbayə,

Bir ah çəksəm, andə yarə yetərmi?


Necə dözsün canım bu sitəmlərə,

Munca möhnətlərə, munca qəmlərə?

Yarımın kuyində siz həmdəmlərə,

Bir də görüm bu biçarə yetərmi?


Fələk məni belə salmış avarə,

Könül müştaq, göz müntəzir didarə,

Mirzəcanı, məgər o gül üzarə

Sənin kimi bəxti qarə yetərmi?