Məzmuna keç

Mirzəcan Mədədov həbsxanada deyib

Vikimənbə saytından
Olsun
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Bir belə əyyamda, belə zamanda,

Qəmgin könlüm necə munda şad olsun?

Munca zülmü sitəm, munca siyasət,

Bəs deyilmi, yar da məndən yad olsun?!


Nə bir qəmkar, nə bir dusti-yeganə,

Təmamən aşina oldu biganə,

Saldın axır, fələk, məni zindanə,

Qoymadın qüssədən can azad olsun.


Olmasın o qəmgin, mən çəkim cəfa.

Unutmaq aşiqin görməsin rəva,

Gəlməsə, deyərlər ona bivəfa,

İstərəm özünə yaxşı ad olsun.


Külli-aləm düşmən olub canıma,

Tapıb fürsət, düşmən batıb qanıma,

Deyin,dostlar, yarım gəlsin yanıma,

Bəlkə görmək ilə bir imdad olsun.


Fələyin ədli yox, dünyada divan,

Dəxi gəlməz həyatıma bir güman,

Nahəq bəndə düşüb fəqir Mirzəcan,

Səbəbkarın qoy evi abad olsun.