Məzmuna keç

Mirzəcan Məmmədov Qarabağinin bənövşə ilə həsbi-halı

Vikimənbə saytından
Bənövşə
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Boynu buruq varıb yarın yanma,

Söylə dərdi-dilim yarə, bənövşə.

Üzümə bax, rəngi-ruyum hər nə var,

Ərz etgilən o xunxarə, bənövşə.


Aparsalar səni yar otağına,

Qafil olma,bax sən solu sağma,

Üz sürtüb zülfünə, de qulağına,

Salmasın aşiqi narə, bənövşə.


Seyr elə üzündə, baxgilən hər su,

Məskən sal telində, seylə mubəmu,

Görsən ki, cananım olmayıb bədxu,

Bir xələl qat o əğyarə, bənövşə.


Neyləsin mən kimi fəqir əndəlib,

Sən bənövşə olub şol gülə həbib,

Əgər sən də mənə olasan rəqib,

Görüm günün keçsin qarə, bənövşə.


Bundan artıq yoxdur sənə bir cavab,

Laviq deyil etmək aşiqə əzab,

istərsən edəsən dünyada səvab,

Eylə Mirzəcana çarə, bənövşə.