Məzmuna keç

Mirzalı xan ilə deyişmə

Vikimənbə saytından
Mirzalı xan ilə deyişmə
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Q u r b a n i
Könül qalxdı Bәrdә sarı yeridi,
Orda bir ölkә var, adı Gәncә hey!..
Gözәllәri, mәhbubları, xubları,
Xub batıblar mala, mülkә, gәncә hey!..

M i r z a l ı x a n
Başına döndüyüm gülüzlü oğul,
Dәrd çәkmәyә heç kim olmaz mәncә hey!
Gözәl sevib, abdal olub çaşıbsan,
Tayın yoxdu soltanca hey, xanca hey!

Q u r b a n i
Qarıncalar yuvasını qayırdı,
Gözәl kәklik balaların doyurdu,
Fәlәk vurdu gözü yaşlı ayırdı,
Aram düşüb nazlı yardan gencә1 hey!

M i r z a l ı x a n
Yatmaq üçün gözlәrinin xabı var,
Dәrd çәkmәyә mәn yazığın tabı var,
Hәr adamın tayı-tuşu, babı var,
Tutmaq olmaz hәr yetәnlә pәncә hey!

Q u r b a n i
Qurbani der: Vüsalına ermәdim,
Әl uzadıb qönçә gülün dәrmәdim,
İran gәzdim, Turan gәzdim, görmәdim,
Gözәllikdә, mәhbubluqda onca hey!

M i r z a l ı x a n
Mirzalıyam, әldәn getdi varımız,
Kimlәr çәkәr namus ilә arımız?
Çünki olduq xeyrә, şәrә yarı biz,
Gәlsәn bölәk borcu sәnnәn tәncә hey!