Molla Abbas Cavanşir 1
Görünüş
Molla Abbas Cavanşir 1 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Rüxün səthində xətti-hüsn kim, lövhü qələm yazmış,
Cəbinim lövhi üzrə ol zaman eşqi rəqəm yazmış.
Qədindir bir əlif kim, rast çəkmiş xameyi-qüdrət,
Ayırmış ol əlifdən lami-zülfün, necə xəm yazmış.
Qələm sirri-dəhanə məndən ələmdir ki, mən deyərdim,
Onu bir nükteyi-mövhum yaz, gördüm ki, kəm yazmış.
Sürürü ğəm ki, yazdı katibi-qüdrət bu məxluqə,
Süruri aləmə, tənha mənə tumari-qəm yazmış.
Nə qəm, gər ixtiyar ilə məni zikr eyləsə zahid,
Ki, arif dəftəri-üşşaqə bəxtim möhtərəm yazmış.
Əgər, Abbas, şeirində rəkakət bulsa şairlər,
De kim, məbhut idim mən,bunları sərxod qələm yazmış.