Məzmuna keç

Molla Abbas Cavanşir 2

Vikimənbə saytından
Molla Abbas Cavanşir 2
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Gül deyil mətlubimiz gülşəndə çün tutduq vətən,

Bəlkə gül rüxsarımız yadilə yad etdik çəmən.


Sərv çün öz qamətin bənzətdi qəddi-yarıma,

Sərzənişlə başını pakub edir zağü zəğən.


Şöleyi-nari-tənim kim, yandırır hər kisvəti,

İstərəm cildi-səməndərdən tikəm bir pirəhən.


Kermi-pilə halını sordum qəmu əhvaldin,

Kim təni üzrə toxur öldükdən əqdəm bir kəfən.


Mən kimi bir guşədə qəm çəkməyə tab etməyib,

Qaçdı Məcnun kuhü səhrayə cəfayi-yardən.


Gər ümidi-vəsl ola mən bir səri-müjgan ilə,

Dəlləm ol dağı ki, fuladla dəlmiş kuhkən.


Şöleyi-ahım mənə rövşən qılır hər külbəni,

Hacətim yox şəm ilə rövşən qılam kaşanə mən.


Çün mənə qürbət vətəndir, izzətimdir bu vətən,

Hər zaman Abbasə olmuş əhli-qürbət həmsüxən.