Molla Abbas Cavanşir 3
Görünüş
Molla Abbas Cavanşir 3 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Necə dildadəyəm mən, bu dilim dildardan doymaz,
Əcayib didədir bu didə kim, didardən doymaz.
Səba məndən füzun ol cə’ di-zülfə mübtəladır kim,
Həmişə oynadır, ol türreyi-tərrardən doymaz.
Dəmadəm qut edər öz lə’linin şəhdini şirinim,
Zəhi tutizəbandır, şəhdi-şəkkərbardən doymaz.
Nə tabi-qürbətəm, nə izzətim vardır məqamımda,
Mənim haqqımda gərdun bunca kəcrəftardən doymaz.
Edibdir mürği-nəfsin danəsin təsbihdən zahid,
Bu mürğə danə yüz danə nə, yüz xərvardən doymaz.
Kələm tək başını pürpiç edib əmmamədən daim,
Bu nazik boynu gör kim, bu bari-ardən doymaz.
Edib üşşaq inkarın şüar ol cahili-nakəs,
Doyub Abbas ondan, ol məgər inkardan doymaz?