Molla Abbas Cavanşir 4
Görünüş
Molla Abbas Cavanşir 4 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Dəvami-ləzzəti-candır ki, canandan cəfa görsün,
Nə vəslilə bulub arami-eşqə intəha görsün.
Çəkibdir nəqşi-Çin mişki-Xəta ilə rüxə zülfü,
Gözüm baxsın nigara gər dilər Çinü Xəta görsün.
Könül çox çə’di-zülfündə baxır hər həlqədən ruyə.
Bəli, məhbus olan istər deşiklərdən ziya görsün.
Deyil qadir gözə bir gəncnəzər xurşid rüxsarın,
Nə yara, dideyi-xəffaşə kim, şəmsi-züha görsün.
Özün möhkəm qılır dil hər səhərgəh piçi-zülfündə,
Məbada kim, pərişanlıq səba zülfə rəva görsün.
Gözüm mərdümləri dəryayi-əşkim içrə qərq olmaz,
Nə qəm, insani-bəhrilər ki, yüz mövcü bəla görsün.
Şüruti eşqdəndir cövrə, ey Abbas, səbr etmək,
Kim, etmiş eşq şərtin yardən aşiq vəfa görsün.