Məzmuna keç

Molla Abbas Cavanşir 5

Vikimənbə saytından
Molla Abbas Cavanşir 5
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Nuşdarudur dövran, cami-möhnətdir məgər?

Saqiya, qəm badəsi üşşaqə qismətdir məgər?


Xabi-rahət eşqdə bidarlıqdır sübhədək,

Rahəti-əhli-cəfa, bu xabi-qəflətdir məgər?


Qəm gələndə könlümün viranına nifrət qılır,

Bu anisim mənzili çox təngü zülmətdir məgər?


Mürği-vəhşidən mənim başımda var cəmiyyətim,

Hakimi-mülki-cünun biizzü həşmətdir məgər?


Nəbzimi tutduqda dərmanımda acizdir təbib.

Bu mərəz kim məndə vardır, ziddi-hikmətdir məgər?


Dil şəfasiyçün dilər daim ləbin cüllabım,

Müzmin olmuş dərdinin dərmanı şərbətdir məgər?


Ol səfayi-gərdəni-minayə düşdü gözlərim,

Sə’y edib, can qılmışam, qurban mürüvvətdir məgər?


Özgə Abbasdan səva ruyinə sanma ağlayır,

Gün görən gözdən axan yaş əşki-həsrətdir məgər?


Mərhum cənab Axund Molla Abbasın qəzəlləri tamam oldu. Hicri 1309- cu ilin cəmadiyəl-əwəl ayının 3-də (5 dekabr, 1891).