Məzmuna keç

Molla Məhəmməd Səfili və dəyirmançi İbrahimin dastani

Vikimənbə saytından
Molla Məhəmməd Səfili və dəyirmançi İbrahimin dastani
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Aşıq Səfilinin Zediban kəndindən yaxın dostu, İbrahim adlı dəyirmançı vəfat edir. Zedbana gəlib dəyrmanı boş görən Səfili kədərlənir, sazını alıb dəyirmana, sonra gedib məzarlığa, dostu İbrahimin türbəsinə və fələyə müraciət edir:

Səfili:
Bir sual sorayım, miras dəyirman,
Aşıxların sadıx yari nec olmiş?
Çərə yox ölümə, bulunmaz dərman,
Çift gezən durnanın biri nec olmiş?
Dəyirman:
Kəş ver cavabına, aşıxlar piri,
Sənin İbrahimin getdi-gəlmədi,
Bilinməz məkəni, nerdədur yeri,
Fələk kəməndinən tutdi gəlmədi.
Səfili:
Bundan belə əhbab olan nedərlər,
Həlbət bu dünyaya gələn gedərlər,
Fələginən alış-veriş edərlər,
Dünyayi parasız satdi gəlmədi.

Dəyirman:
Bundan belə gəzem qərib elləri,
Əhbəblərin həp bükülmüş belləri,
Hani İbrahimin şirin dilləri,
Boş qalmış otaği, yeri nec olmiş?
Səfili:
Diyar hani simasi, ey fələk,
Rəhmət eylə, yarabbi, budur bir dilək,
Gözün çıxsın sənin, ey çarxi fələk,
Dəgirmançilərin piri nec olmiş?
Dəyirman:
Bu fağır dəgirman eylədi andi,
Qohum-qardaş həm ağladi, həm yandi,
Qurudi sulari, yıxildi bəndi,
Dünyayi parasiz satdi gəlmədi.

Səfili məzarluğa gəlib diyar:

Bayğuş təki çölü veran dutanlar,
Ey məzərlux, İbrahimi gördüzmi?
Əcəl şərbətini içib yatanlar,
Ey məzərlux, İbrahimi gördüzmi?
Məzərlux:
Al xəbəri, aşıx, qəbiristandan,
Sənin İbrahimin gəldi, bundadur,
Kurumuş çəsədi, üzülmüş çani,
Əcəl şərbətini içdi, bundadur.
Səfili:
Fələk qəsd eylədi o şirin cana,
Aşqindan olmuşim dəli divana,
Nerdədür məkəni, göstərin bana,
Ey məzərlüx, İbrahim gördüzmi?

Məzərlux:
Gəldi salam verdi, soruşdu bizə,
Mərhaba eylədi, görüşdi bizə,
Əl çaldi dünyadan, qarışdi bizə,
Çıxdi çan bədəndən, öldi, bundadur.
Səfili:
Diyar Səfili, nə söylədi nə güldi,
Veran qaldi bağda gülləri soldi,
Tuyduzmi dərdini, nə oldi öldi,
Ey məzərlüx, İbrahimi gördüzmi?
Məzərlux:
Məzəristanda der, tügənmiş güni,
Nə yaşasa da, ölümdür soni,
Atdi fələk, vurdi əcəl oxuni,
Bizlərə arxataş oldi, bundadur.

Səfili İbrahimin türbəsnə üzünü tutub diyar:

Qəbiristanda yatar səvgülli qardaş,
Əcəb nə yatarsın, qax, molla İbrahim,
Toldi didalar, axar qanli yaş,
Nəzər eylə bənə, bax, molla İbrahim!
İbrahim:
Dinlə əziz qardaş, dinlə sözümi,
Bən ölmişim, bən bundayim, qalxamam,
Çarxu fələk kor eylədi gözümi,
Görün qardaş nə gündəyim, baxamam.
Səfili:
Gözi yaşli gördün burada bəni,
Ağlar qohum-qardaş, yad edər səni,
Kimlərə buraxdın sən dəgirmani,
Növbətçi çağırur, çıx, molla İbrahim.

İbrahim:
Amanat yerinə taşurdum cani,
Faniya buraxdım bən dəgirmani,
Gələndə növbətçi yoxlarsa bəni,
Bu qaranlux məkəndəyim, çıxamam.
Səfili:
Der Səfili, məcəl yoxmi qıçında,
Yoruldunmi dəqirmanda, biçində,
Nə yatarsın qara toprağ içində,
Burax bu məkəni, çıx, molla İbrahim.
İbrahim:
Molla İbrahim der, əlim bağlidur,
Dutuldum kəməndə, qolum bağlidür,
Çökdi qara torpax, yolum bağlidür
Doxxuz mərtək altındayım, çıxamam.
Səfili fələyə diyar:
Fələk, səni haqqa qılem şikayət,
Aldın əldən qardaşımı, ey fələk,
Nuhun tufanında çox verdin ziyan,
Çərx etdin dəryada gəmiləri, fələk.
Fələk:
Bən yüzümi çəvürmişim mövləyə,
Nə sorarsan dəli-divana, qardaş,
Neçəsini qərq eylədim dəryaya,
Nuhuninən girmişim tufana, qardaş,
Səfili:
Yıxdın gönül şəhrini, xarab eylədin,
Qaraltdın yüzümi arab eylədin,
Neçə çavanlari turab eylədin,
Söylənməz dunyada nəmin, ey fələk.

Fələk:
Toprağdan xalq olan toprağa gedər,
Can çıxar qəfəsdən turaba gedər,
Axırı bu dünya xaraba gedər,
Güman olmaz fani-cahana, qardaş.
Səfili:
Nəsil pəhlivansın qarşı çıxmazsın,
Güləş dutub əllərinə sıxmazsın,
Ərizə yazsam, oxumazsın, baxmazsın,
Dinləməzsin, bu nəməni, ey fələk.
Fələk:
Bən bir pəhlivanım kimsə çıxamaz,
Sağ dunya bir olsa bəni yıxamaz,
Vursam pəncə gözün açıb baxamaz,
Bir sərçə neydəçəx şahana, qardaş.
Səfili:
Yürütdün insani, mali neylədin,
Rüstəm pəhlivani Zali neylədin,
Xeybəri qoparan Aliy neylədin?
İçirdun zihirdən cami, ey fələk.
Fələk:
Yıxdım Rüstəmi-Zali, Əsvəndiyari,
Bənə qüvvət verdi cənabi vari,
Sahibi Zülfiqar, Ali Heydari,
Genə varmi gələ gümənə, qardaş.
Səfili:
Yıxdın qafdan-qafa nasi dəvürdün,
Say eylədin saman kimi savurdun,
Getmədin, gələni geri çəvurdun,
Dutdun Misir-Hələbi, Şami, ey fələk.

Fələk:
Heç bir can qurtulamaz ölümdən,
Bən çileyin, geçmax olmaz yolumdan,
Pəncə vurub yol verməzəm əlimdən,
Əl etmişəm Hində-Yəmana, qardaş.
Səfili:
Atlimi gəlürsün, yoxsami yaya,
Mərhəmətin yoxmi, taşmisin, qaya,
Kimini boğarsan, atarsan çaya,
Nə olacax bu əncəmin, ey fələk.
Fələk:
At görünməz, xırdalanur tey olur,
Kiminin gövdədə qani zay olur,
Kimin səbəbi axan çay olur,
Bunlara bu oldi bahana, qardaş.
Səfili:
Nə kimsəyə sorar, danişur-diyarsın
Mərhəmətsiz, nəsil cana qiyarsın,
Bir gün sıra gəlür bəni yiyarsın,
Yürəgimə vurdun ğəmi, ey fələk.
Fələk:
Dur danışma, yoxdur mərhəmət bəndə,
Güç ilə öldürməm, qəsdim yox səndə,
Saralıb yarpağı düşər hər yanda,
Bir ataş salarım cahana, qardaş.
Səfili:
Cavan ikən ölüm ulaşdu tezdən,
Vedən getdi yüz çəvürdi bizdən,
Gülməbi qardaşdan, oğuldan-qızdan,
Sən verursun sərəncəmi, ey fələk.

Fələk:
Həni qələm-qaşlı, gözəl nərgizlər,
Ağlar qohum qardaş, analar sızlar,
Nişanlı gəlinlər, köçəcəx qızlar,
Ölüm baxmaz təzə cavana, qardaş.
Səfili:
Səfili, sözləri kimlər bəzədə,
Bayğuş təki gün köçürür məzərdə
Zediban, Axısxa qalmış qəzadə,
Netdin molla İbrahimi, ey fələk.
Fələk:
Çarxu fələk diyar, gedən gəlmədi,
Fani dünya Suleymana qalmadi,
Bir kəfin gətürdi, daha almadi,
Qarışdilər toza-dumana, qardaş.