Molla Qara
Görünüş
Molla Qara Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Dillərə salaram səni,
Od tutarsan, molla Qara.
Xəstə olub sürünərsən,
Çox yatarsan, Molla Qara.
Başın dəyər neçə daşa,
Huşun itər, ağlın olmaz,
Düşərsən tozlu yollara,
Dərd satarsan, Molla Qara.
Mollalardan xeyir gəlməz,
Neçə-neçə görmüşəm mən,
Üz-üzə gəlmişəm, neynim,
Paylarını vermişəm mən.
El içində ad-sanım var,
Məclisimi qurmuşam mən.
Mən atlıyam, piyadasan,
Sən çatarsan, Molla Qara.
Cıldır, Ağbaba, Qağızman,
Qarsdan belə gəzən mənəm.
Şirin-şirin söhbətləri,
Nizamlayıb düzən mənəm.
Dərin-dərin dəryalarda,
Qəvvas kimi üzən mənəm.
Üzmə şərin ümmanında,
Tez batarsan, Molla Qara.