Molla Tağı və görücü Murad

Vikimənbə saytından
Rəvayətlər. Molla Tağı və görücü Murad
Müəllif: Şifahi xalq ədəbiyyatı


Molla Tağıyla görücü Murad tas qururdu. Molla Tağı cinləri adıyla çağırırdı. Görücü Murad deyirdi:

– Filan cin gəldi, filan cin gəldi. Amma bir axsağı var – qadın şəklində – o gəlmir.

Molla Tağı dua oxuyub, o cinə qarğış tökürdü ki, Allah sənə lənət eləsin, niyə gəlmirsən?

Görücü Murad birdən deyirdi:

– Molla, budu gəlir, vahiməsi basır məni!..

Mənbə[redaktə]