Mollanəfəs

Vikimənbə saytından
Mollanəfəs
Müəllif: Molla Nəfəs
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Qəflet uyğusunda qaldın
Oyan indi Mollanəfəs.
Gah saralıb, gah soldun
Oyan indi Mollanefəs.

Hicran ilə bağr dağlaşar,
“Sani görsəm” - der çağlaşar,
Sevən yann çox ağlaşar,
Oyan indi Mollanəfəs.

Bu dünyaya dürrler doldu
Aylar getdi, günler qaldı.
Durgil indi, vaxt oldu
Oyan indi Mollanəfəs.

Bir yar gəldi alma-narlı,
Bülbül zənəxdan, göftarlı,
Qəflət uyğusunda zarlı,
Qaldın, oyan Mollanefəs.

Sən çekibsən çox fərağı
Bu dünya deyildir baqi.
Yaradıbdır hicran oxu
Dəydi, oyan Mollanəfəs.

Yad eylədin sevər yan,
Ağ köksündə alma-nan,
Sanlmışdır zülfü-tan,
Oyan indi Mollanəfəs.

Qara gözlər sən qəsdinə
Mahud saldı yar altına.
Ala öymə, al üstünə
Atdı, oyan Mollanəfəs.

Yeter ertə məhşər günü
Titrədər canlan təni.
Yar uyğuda deyib seni
Öpdü, oyan Mollanəfəs.

Nəfəs, gəlgil sen huşuna,
Çox oyun gəler başına,
Yavaş-yavaş yar qarşına,
Duzak qurdu Mollanəfes.