Muftiyi-şəhr ki yol tapmadı meyxanəmizə
Görünüş
Muftiyi-şəhr ki yol tapmadı meyxanəmizə Müəllif: Məhəmmədəli bəy Məxfi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Muftiyi-şəhr ki yol tapmadı meyxanəmizə,
Rəşkidən urdu sitəm daşını peymanəmizə.
Fəxr qıl, ey dili-divanə ki, bu şəhr icrə,
Yoxdu bir şux ki, yol bulmaya kaşanəmizə.
Əql idi eşq ilə bazicə dogul kim girələr,
İki sultani-muxalif dili-viranəmizə.
Bunca dad etdim o şuxun sitəmindən bir kəs,
Yoxdur axər ki, qulaq verə bu əfsanəmizə.
Gecələr mənzili təğyir edərəm, şayəd o dust,
Səhv edib bir qədəmin basa bizim xanəmizə.
Bu qədər duşdu konul eşqinə bir mahvəşin,
Hic bay olmadı rağıb dili-divanəmizə.
Lafi-dindarlığın, Məxfi, səni kafər edib,
Kəbədən bir yol ola kaş bu butxanəmizə.