Mustafa ilə deyişmə
Mustafa ilə deyişmə Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
M u s t a f a
Cavan oğlan, nә mәkandan gәlirsәn,
Sәbәb nәdi, de, düşmüsәn çölә sәn?
Gözәl sevib, abdal olub çaşıbsan,
Mәn baxıram, nabәlәdsәn yola sәn.
Q u r b a n i
Başına döndüyüm ay pirü qoca!
Bir pәri salıbdı çöllәrә mәni.
Nә günüm günüzdü, nә gecәm gecә,
Bir pәri salıbdı çöllәrә mәni.
M u s t a f a
Mal istәsәn, dövlәtim var, varım var,
Namusum var, qeyrәtim var, arım var.
Oğul olsan, gözüm üstә yerin var,
Bir qızım var, ona hәmdәm olasan.
Q u r b a n i
Xәbәr alsan, budu sözümün düzü,
Sızıldayır yaram, sәpmә gәl duzu.
Cavad xan bacısı, Ziyad xan qızı,
O pәri salıbdı çöllәrә mәni.
M u s t a f a
Mustafa, bil, ilqarında bütündü,
Yeri, oğul, mәnzilinә yet indi.
Axtarıb Pәrini tapmaq çәtindi,
Duam budu: sevdiciyini alasan.
Q u r b a n i
Qurbaninin dәrdi olub ziyada,
Allahı çağırram, yetişәr dada.
Bir gözәl sevmişәm fani dünyada,
O pәri salıbdı çöllәrә mәni.