Məzmuna keç

Növbahar oldu gəlin bəzmi gülüstan edəlim

Vikimənbə saytından
Növbahar oldu gəlin bəzmi gülüstan edəlim
Müəllif: Baki
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Növbahar oldu gəlin bəzmi gülüstan edəlim
Açalım qönçeyi qəlbi güli — xəndan edəlim.

Qoymayıb lakə kimi əldən ayağı bir dəm
Məst olub qönçə sifət çaki-giriban edəlim.

Oxusun vəsf ruhiyar ilə Baqi şerin
Bülbülü gülşəni-məclisdə qəzəlxan edəlim.