Nə üçün etmədəsən ta be-səhər ah, könül
Görünüş
Nə üçün etmədəsən ta be-səhər ah, könül Müəllif: Akif Paşa |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Nə üçün etmədəsən ta be-səhər ah, könül,
Səndəmi sevdin o şəb-gerd mehi vah, könül.
İncizabın görülür nərdə bir afət görsən,
Görmədim sən kimi aləmdə bəla-xak, könül.
Məni səndən nə zaman eyləyəcəkdir azad,
Səni ol zülfə əsir eyləyən Allah, könül.
Bulmadım badiyeyi qəmdə rəfiqi müşfiq,
Gəl səninlə olalım biz yenə həmrah, könül.