Məzmuna keç

Nə adətdir gözəllərdə, məni gördükdə neştərlər

Vikimənbə saytından
Nə adətdir gözəllərdə, məni gördükdə neştərlər
Müəllif: Əbdürrəhman əfəndi Ünsi
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015.

  
Nə adətdir gözəllərdə, məni gördükdə neştərlər,
Çəkərlər tiği əbrudən nəzər əhlin qılışdərlər.

Vurarlar tiği tiğ üstən, tökərlər aşiqin qanın,
Misaldır, danəyə qəsd eyləyən quşları kişdərlər.

Əgər ləli-ləbin öpdümsə, qəhr etmə, bu rəsm olmuş,
Ələ bir alma düşdükdə qızarmış olsa, dişdərlər.

Dedim çaki-giribandı və ya sübhün dəmidi bu,
Nə kim hər dərdi-pürgiyməz, dedi olsa gümüşdərlər.

Şikayət eyləmə, Ünsi, gözəllər cövrü-zülmündən,
Fitad altun ola hərçənd, genə axır çəkişdərlər.