Nə aləm indi
Görünüş
Nə aləm indi Müəllif: Hüseyn Şəmkirli |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Eşqin şəhərində dəllal olmuşam,
Bilmirəm yar üçün nə aləm indi.
Siyah zülfün can çəkilmiş kənd üstə,
Nə bayraq görsənir, nə ələm indi.
Eşq şəhrində ya səni gör, ya məni,
Sərraf çəkər ləli-gövhər, yaməni.
Öldürürsən pünhan öldür, ya məni,
Nə alim eşitsin, nə aləm indi.
Mən Hüseynəm həmi dərddən bəyanəm,
Eşq əhliyəm, həmi dərddən bəyanəm,
İstədim ki, qəm gülünə boyanam,
Nə yaşıla çaldım, nə aləm indi.