Məzmuna keç

Nə anladıq bu gəlmaqdan

Vikimənbə saytından
Nə anladıq bu gəlmaqdan
Müəllif: Mirzə Əli Möcüz
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Nə anladıq bu gəlmaqdan,
Bu altı aylıq qonaqdan?
Kabab olduq ağlamaqdan,
Allah, özün imdad elə!
Təzkirəni aldı ələ,
Canıma saldı vəlvələ,
Yanm gedib, nə vaxt gələ?
Qəmli könül, fəryad elə!
Aşıq ağlar acı-acı,
Yar baxar ona qiyğacı,
Saxla atın, arabaçı!
Aşiqləri bir şad elə!
Sənin ilə könlüm xoşdur,
Necə görüm yerin boşdur?
Yarın qəfəsdə bir quşdur,
Tez gəl, onu azad elə!
Əmoğlucan, səni tan,
Dön bir də bax mənə san,
Ytxıldı könlüm divan,
Gəl, gəl, onu abad elə!
Ağ gərdəndə qara şəvə,
Mən baxaram sevə-sevə,
Sil göz yaşın, qayıt evə,
Yıx köyümü, bərbad elə!
Yarım gözdən nəhan oldu,
Dağlar başı duman oldu,
İşim ahü fəğan oldu,
Allah, özün imdad elə!