Nə atan misli qəvi, şiri-dilavər yoxdu

Vikimənbə saytından
Nə atan misli qəvi, şiri-dilavər yoxdu
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 60

Nə atan misli qəvi, şiri-dilavər yoxdu,
Nə anantək sədəfi-eşqdə gövhər yoxdu.
Nə bəradərlərin izzətdə bəradər yoxdu,
Nə üzün nuruna tən mahi-münəvvər yoxdu.
Nə qədi-sərvinə tən, sərvi-sənubər yoxdu,
Sənə xatunlar arasında bərabər yoxdu.
Mürtəza zinəti sənsən, sənə bənzər yoxdur,
Sanmayın cilvələnən mahi-cahardəh şəbdir,
O, Əlinin qızı, qeyrətli Xanım Zeynəbdir.