Nə bilsin (Rəcəb Ehraqlı)
Görünüş
Nə bilsin Müəllif: Rəcəb Ehraqlı |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Bir kimsə ki, şəhadəti bilməyə,
Ol nəzurəbinnası nə bilsin?
Oruc tutub itaəti qılmayan,
Həqq Allahı, Həqqənnəsi nə bilsin?
Ədəb-ərkan mərifətdən bilməyən,
El içində adlı-sanlı olmayan,
Toy günündə şad oluban gülməyən,
Vay günündə tutan yası nə bilsin?
Doğru yolda solu-sağı bilməyən,
Kətan ilə bezi, ağı bilməyən,
Rəqibi özünə yağı bilməyən,
Mahud ilə al-atlası nə bilsin?
Rəcəb der: Bir eşqin camın içməyən,
İçibəni əqli-başdan keçməyən,
Təcnis ilə qafiyəni seçməyən,
Təxmis ilə müxəmməsi nə bilsin?