Nə deyir
Görünüş
Nə deyir Müəllif: Aşıq Şenlik |
Bağban qardaş mənim vəsfi halımı,
İntizarlı yara de, gör nə deyir.
Etibar üzməsin mən beynəvadan,
Gözəl laləzərə de, gör nə deyir.
Sevda sirə endi, nə gəlir əldən,
İşarət vəsf eylə şeyda bülbüldən.
Şikayət qəhrini deyəndə dildən,
Sidqi hülüskara de, gör nə deyir.
Şenlik cəbr ucundan çəkər cəfayı,
Təbib sən ol, eylə dərdə davayı.
Beyqəfil gəzərkən, mən benavayı,
Saldı bu efkara, de, gör nə deyir.