Məzmuna keç

Nə isə qaldı

Vikimənbə saytından
Nə isə qaldı
Müəllif: Aşıq Molla İsmayıl
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Əcəl yastığına başım yetəndə,
Fikrim xəyalımda nə isə qaldı.
Ya məndul gey, ya zərbab gey, ya zər gey,
Əynimdə libasım nə isə qaldı.

Qızılın, gümüşün yoxdu dəyəri,
Qılıncın, qalxanın yox havadarı,
Qohumum, qardaşım, gül üzlü yarım,
Oğul-uşaqlarım nə isə qaldı!

Bu dünyada beş gün gəzdik əmanət,
Əmanətə gəl eyləmə xəyanət.
Ya bir dayət imiş, ya bir imarət,
Əlvan otaqlarım nə isə qaldı!

Nə İsrafil kimi sur çalasan,
Nə Əzrail təkin canlar alasan,
Nə İsmayıl tək fəqir olasan,
Divanım, kitabım nə isə qaldı!