Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir
Görünüş
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27. |
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,
Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.
Nə xəddü arizü xət kim, mühəqqəq nəqşi-Çin olmuş,
Nə şirin nöqtədir ağzı ki, elmi-qeyb üçün fəndir.
Nə müşkil üqdədir zülfi ki, əql am edəməz həl,
…………………………………………….
Şirin ləbdir ol Xosrov ki, can Fərhadidir anın,
Nə Leylidir ki, Məcnunu həzaran həmçu mən səndir.
Əgər şeytan degilsən, gəl mələk kimi sücud eylə,
Şu ziba vəchinə yarın niçün kim vəchi-əhsəndir.
Şu caduyi kəmankeşdir ki, qan içməkdən usanmaz
Şu hindu xali-dilkəş gör, neçə yıldır ki, rəhzəndir.
Əgərçi sufinin fikri həmişə hurü cənnətdir,
Həbibi sevdigü candan şu dinün nuru oğlandır.