Nə mənası var
Görünüş
Nə mənası var Müəllif: Ayrım Əhməd |
Mənbə: Ədəbiyyat qəzeti.- 2014.- 4 aprel.- S.3. |
Taleh tərəqqidən salsa insanı
Atılıb-düşməyin nə mənası var?!
Bir bulaq gözündən qurusa əgər,
Min yerdən eşməyin nə mənası var?!
Yüz yerdən yamaq vur, yüz yerdən bəzə,
Sabah köhnələcək bugünkü təzə.
Talehin hökmüylə tutulan gözə
Qızıldan çeşməyin nə mənası var?!
Əhməd, el misalın unutma sən də:
"Daş qurbətə düşər yük əyiləndə".
Zərdən şeş istəsən, yek gətirəndə
Qovrulub bişməyin nə mənası var?!