Nə olur

Vikimənbə saytından
Nə olur
Müəllif: Seyrani
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Bu dünyaya gələn gedər,
Görəlim bağlar nə olur?
Ölənlər borcunu ödər
Görəlim sağlar nə olur?

Altdan gəlir yaşıl başh,
Qarğısınm ucu daşh,
Ə1 qamçılı, bel qılıclı,
Görəlim beylər nə olur?

Kamal əhli özlü olur,
Hər qəbahət gizli olur,
Nə vəziriər nazlı olur,
Görəlim tuğlar nə olur?

Qəm karvam yük götürür,
Kamal fəzilət yetirir,
Dürlü çiçəklər bitirir,
Görəlim dağlar nə olur?

Seyrani öldü dirildi,
Suçu üzünə vuruldu,
Dərdindən yerler yanldı,
Görəlim göylər ne olur?