Nə qədər alçaq adam varsa

Vikimənbə saytından
Nə qədər alçaq adam varsa! (1993)
Müəllif: RAUF CAVAD

Nə qədər alçaq adam varsa!
Olmazki Həqq-Ədalət onda?!

Danışanların çoxu yaltaq!
Danışır çoxu alçaq-alçaq!
Dönüb bəşər olub fırıldaq!
Dayan, ol bu söhbətə qonaq!
Danar həqiqəti kim?! Axmaq?!
Demək yoxdur Ümid sabaha?!

Aman Allah bu nə müsibət!
Baş götürüb gedir ədavət!
Bilməm kim, kimə edir nifrət!
Kim saxlar qəlbdə kin-küdurət?!
Vallah yaşamaq olub dəhşət!
Lənət olsun, zülmkar zalıma!

İtib, qeybə çəkilib vicdan!
Kimdən istəyə məzlum aman?!
Gəl köməyə ey Sahib Zaman!
Ol qəlbimizə dəva-dərman!
Gələsən gərək mütləq bu an!
Yar, məlhəm ol bu dərd yaraya!

Tökülür hər gün insan qanı!
Ağlayır kimin gözü-canı?!
Unudarmı insan bu anı?!
Ağrıdır ağladan Zamanı!
Acıdır qəlbi həya-canı!
Gəl yetər artıq yar, haraya!

Analar fəryad edir hər gün!
Gəl ey insan bu dərdi düşün!
Ölmün pəncəsindədir ölmün!
Düşünməzmi insan bu günün?!
Gəl həqiqətə tərəf, özün!
Rauf, köməy ol məzlumlara!
    ...Müəllif:Rauf Cavad