Nə qədər ki, yaltaqlıq əgər varsa

Vikimənbə saytından
Nə qədər ki, yaltaqlıq əgər varsa! (1994)
Müəllif: RAUF CAVAD

Nə qədər ki, yaltaqlıq əgər varsa!
Olmaz cəmiyyətdə hürriyyət əsla!

Tutmuş kim zalım dövran ətəyindən,
Olmuş əsir dünyaya bu minvalla!

Çoxu küt-qafil qəflətdə uyuyub,
Yeyir-içir, yaşayır üzüqara!

Cahil nə bilə nədi hürr şəxsiyyət,
Sanır ki, yaşayır bu canlı, guya!

Çıxmış yadından kim, varıdı əqli,
Düşünməyə yox vaxtı çün avara!

Nə yazıqdı o kəs ki, düşünməz heç,
Gedər gün-ömrü bu mivalla zaya!

Hər gün çoxalır-artır arsız sayı,
Ya Rəb bu nə müsibət bu nə bəla?!

Söylər həqqi Rauf, kim olmuş yaltaq,
Əfsus düçar olmuş pis mübtəlaya!
     ...Müəllif:Rauf Cavad