Nə qədər kim, fələyin sabitü səyyarəsi var
Görünüş
Nə qədər kim, fələyin sabitü səyyarəsi var Müəllif: Mirzə Şəfi Vazeh |
Mənbə: "Mirzə Şəfi nəğmələri" (PDF) (az.). mirzeshefivazeh.org. 2014. 2016-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-05. |
Nə qədər kim, fələyin sabitü səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.
Deyil əflakdə kövkəb görünən çərxi-bülənd
Oluban didə, sərapa sənə nəzzarəsi var.
Ruzigari qara, daim gecəsi tar keçir,
Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.
Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan?
Könlümün dideyi-giryan kimi fəvvarəsi var!
Ol qəzəldir ki, Vazeh dedi, bir dərd əhli,
Zahirən lalə otağında qonaq-qarəsi var.