Nə qələm indi
Görünüş
Nə qələm indi Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Mən olmuşam dərdü qəmin barkəşi,
Qəmdən tikdirmişəm nə qalam indi.
İstədim ki, yara bir namə yazım,
Nə mürəkkəb tapdım, nə qələm indi.
Leyli Məcnun məskənini dağ etdi,
Sinəsi üstün düyün etdi, dağ etdi.
Fələk vurdu, ləşkərimi dağıtdı,
Ləşkərim qalmadı, nə qalam indi.
Bir ərzim var, mən də deyim şahana,
İlahiyə şükr eylərəm, şaha nə?
Qorxuram ki, nazlı yarı şah ana,
Nə qovğayam indi, nə qalam indi.
Kitablar oxuyub, cimadə getdi,
Məhəmməd meraca cumada getdi,
Abbas ağlar, Gülgəz Cuma da getdi,
Pərisiz dünyada nə qalam indi.