Nə qəmim var cahan icrə bənim, yar bənim
Görünüş
Nə qəmim var cahan icrə bənim, yar bənim Müəllif: Mir Həmzə Nigari |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Nə qəmim var cahan icrə bənim, yar bənim,
Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Sayeyi ali-əba, badeyi-əshabi-səfa,
Xərməni-feyzi-bəha, cəzbeyi-əhrar bənim.
Sazu sazəndə qəzəl, cuşu xuruşi-sevda,
Xubi-şirin hərgəhi, təbi-şəkərxar bənim.
Azu cox, hər nə ki var bəzmi-hərifan icrə,
Malikanəm, həme dəm kaseyi-dəvvar bənim.
Hər yanə badə fəşan kaseyi-irsal etdim,
Bəzmlərdə cəkilən sağəri-sərşar bənim.
Bilmədim kim, necə karim, necə kirdarim ucun
Qırdı başimdə butun bizeyi-dildar bənim.
Şukur, ey Miri Nigari ki, xərabat icrə
Cəngu ahəngu qədəh, şeri-şəkərbar bənim.