Nə qala sən-sən

Vikimənbə saytından
Nə qala sən-sən
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.366

Səhərdən şikara çıxsan səhraya,
Nə yetiş qəzaya, nə qala, sən-sən.
İrast at xədəngin səhnii-sinayə,
Qeyznən, qəhrinən nə qala, sən-sən.
 
Zəhrin nə şirindi - dağıdan dağı,
Kəci nagahandır dağıdan dağı.
Keçirdin sinədən, dağıdan dağı,
Çıxarsan səngini, nə qala, sən-sən.
 
Qurban, de taleyin qaralar indi,
Gədikləri kəsər, qar alar indi.
Can yanar eşqindən, qaralar indi,
Nə sal atəşlərə, nə qala sən-sən.