Nə qaldı (Gəşt elədim, bu dünyanı dolandım)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nə qaldı? Müəllif: Aşıq Alı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Gəşt elədim, bu dünyanı dolandım,
Əllini keçirdim, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?
Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora həlqə salma dəmirdən,
Aydı, gündü, gəlib keçir ömürdən,
Tələsirdik, görək yaza nə qaldı?
Hər yana baxıram hava məxşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü,
Bir gün eşidərsiz Alı da köçdü,
Sındı telli sazı, təzanə[1] qaldı?
Qeydlər
[redaktə]- ↑ mizrab