Məzmuna keç

Nə qaldı (Talayıb mahalın mal-dövlətini)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Nə qaldı (Talayıb mahalın mal-dövlətini)
Müəllif: Aşıq Alı
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Talayıb mahalın mal-dövlətini,
Əyrilər apardı, düzə nə qaldı?
Gəzdim oba-oba, üsyan eylədim,
Kəsildi taqətim, dizə nə qaldı?

Nəhlət gəlsin pis adamın pirinə,
Cəhd eylər ki, xalqı sala dərinə,
Yetən söyər məzarına, goruna,
Rəhmət yaxşıya, pisə nə qaldı?

Pozmaq olmur təqdir yazan yazını,
Alıyam çəkirəm elin nazını.
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetmişəm, yüzə nə qaldı.

  • “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il