Nə söz var
Görünüş
Nə söz var Müəllif: Aşıq Şenlik |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Tovuz kimi sığal verib özünə,
Bəxtəvərin pərvazına nə söz var?
Təzələnib on beş günlük ay kimi,
Mələksifət, mah üzünə nə söz var?
Şenlik der: qoynunda şamama tağı,
O dastan sinəsi, büllur buxağı.
Qızılgülə bəzənibdir yanağı,
Əlvan-əlvan gülgəzinə nə söz var?