Nə sinə bağlar (Aşıq Əli Xanxanımoğlu)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nə sinə bağlar Müəllif: Aşıq Əli Xanxanımoğlu |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Məxmər çuxa geyib, qolları nazik,
Dəstinə yaraşır gümüş bilərzik,
Veriblər xoryada, olubdu yazıq,
Nə üzün daldalar, nə sinə bağlar.
Məxmər çuxa geyib, ucu dizindən,
Doymaq olmur bunun ala gözündən.
Bir gözəl törəyib urum qızından,
Nə üzün daldalar, nə sinə bağlar.
Allahım veribdi, bu da bir paydır,
Ördəyin məskəni çəməndi, çaydı,
Asmlı Əlini çarvadar saydı,
Nə üzün daldalar, nə sinə bağlar.