Nə yaxşı-yaxşı
Görünüş
Nə yaxşı-yaxşı Müəllif: Aşıq Ələsgər |
dodaqdəyməz Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Əzizi-cani-dil, eyni-dirəxşan,
Yazırsan risalə nə yaxşı-yaxşı.
Qarşıda nə yaxşı,
Ləhcən gəlir nə yaxşı.
Canan candan əzizdi,
Nə Leylidi, nə Yaxşı.
Dil deyir: cananın sadağası can,
Cananı da deyir: nə yaxşı, yaxşı.
Yazıq canı yada saldın sən genə,
Səd həzar dərdinə gətdin sən ginə.
Qarşıda sənginə,
Atəş yana, sənginə.
Tərlan şikar eylədi,
Çıxdı dağlar sənginə.
Şəcər, ahən çalır səngi sənginə,
Yeyir dəni dəhan nə yaxşı-yaxşı.
Ələsgər, sən eşq atını yay indi,
Nakəslərin nəzərindən yayın di!
Qarşıda yay indi,
Çək xədəngin yayın di!
Aşıq, eşqin atını
Yayacaqsan, yay indi.
Ah-zar eyləyər insan yay – indi:
Yağa ərşdən neysan nə yaxşı-yaxşı!